“Pandemiya Dövründə Görülmüş İşlər” mövzusunda gənclərlə onlayn görüş
“Masallı Gənclər Evi”sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Pandemiya Dövründə Görülmüş İşlər” mövzusunda gənclərlə onlayn görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin Metodisti Tural Sadıqov çıxış edərək bildirdi ki,Hazırda dünyada yayılan koronavirus (COVİD-19) infeksiyasının cografiyasının genişlənməsini nəzərə alaraq ölkəmizdə qeyd olunan xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən müvafiq preventiv və profilaktik tədbirlər görülür.
Daha sonra tədbirdə Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşları pandemiya dövründə görülmüş işlər barədə geniş şəkildə məlumat veriblər.
Özünüzün, doğmalarınızın, hər birimizin sağlamlığı naminə hər birinizi görülən tədbirlərə laqeyd yanaşmamağa, koronavirus infeksiyasi ilə mübarizədə vətəndaş-dövlət birliyi, həmrəylik və vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırırıq.