Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb

28 avqust 2021 | 16:00

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə bəzi şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub. Belə ki, koronavirus infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilmiş G.Həsənovun və F.Bayramovun yaşadıqları ünvanı tərk etdikləri müəyyən olunub.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslər ictimai yerlərdə aşkarlanıblar.

Həmin əraziyə təcili tibbi yardım avtomobilləri çağırılmaqla və tibbi prosedurlar gözlənilməklə onlar yaşadıqları ünvana qaytarılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Keçidlər