“Vaksin olunaq, sağlam həyata qayıdaq” adlı maarifləndirici aksiya
Masallıda COVİD-19 xəstəliyinə qarşı maarifləndirici aksiya keçirildi
Masallı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzüvləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin Gənc Könüllüləri və “Cənubunsəsi.az” xəbər portalının əməkdaşları Masallı şəhərində “Vaksin olunaq, sağlam həyata qayıdaq” adlı maarifləndirici aksiya keçirib. Belə ki, aksiya üzvləri qruplara bölünərək COVİD-19 pandemiyasının sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə şəhər sakinləri arasında maarifləndirmə aparılıb. Aksiya müddətində gənc könüllülər şəhər sakinlərinə COVİD-19 xəstəliyindən necə qorunmaq, vaksin olunmağın xeyiri mövzusunda məlumatlar veriblər. Qeyd edilib ki, təkcə cari ilin avqust ayında COVİD-19 xəstəliyindən Masallıda 15 nəfər dünyasını dəyişib, hazırda Rayon Mərkəzi Xəstəxanasında və ev şəraitində onlarla sakin bu xəstəlikdən müalicə alır. Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimləri ilə yanaşı Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları da əhalinin vaxtında vaksin olunması üçün tam qüvvəsi ilə çalışır. Hər bir vətəndaş məsuliyyətli olmalı, xəstəliyin ciddiliyini nəzərə alaraq vaxtında vaksin olunması zəruridir. Biz də gənc fəallar olaraq, ictimaiyyət arasında bu və digər formada maarifləndirici aksiyalarımızı davam edəcəyik.