Şriftin ölçüsü :

Saytın rəngi :

“9 Noyabr- Dövlət Bayrağı günü”nə həsr olunmuş tədbir

05 noyabr 2015 | 16:00

05 noyabr 2015-ci il tarixdə Dövlət Bayrağı Günü münasibətilə Masallı şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirildi.
İlk öncə tədbir iştirakçıları Masallı şəhər Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən fotostendlə tanış oldular.
Tədbirin rəsmi hissəsi Dövlət Himni ilə davam etdirildi. Mərkəzin direktoru Dilbər İbayeva çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin iclasında qəbul edilib və 1920-ci ilin aprelinədək dövlət statusuna malik olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət bayrağı milli müstəqilliyin simvolu kimi ölkənin dövlətçilik rəmzlərindən birinə çevrilib. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə noyabrın 9-u Dövlət Bayrağı günü kimi təsis olunub. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanın üçrəngli bayrağının dünyanın ən aparıcı tribunalarında, ən ali tədbirlərində dalğalanmasını təmin edib.
Sabina Sabirli dövlət bayrağımıza olan qayğı və sevgidən danışdı.
Tədbir iştirakçıları Dövlət Bayrağımıza həsr olunmuş ədəbi-bədii kompozisiyaya tamaşa etdi,

Keçidlər