SAHƏLƏRDƏ MƏHSUL BOLDUR...
01 sentyabr 2021 | 16:00
Masallı rayonunun fermerləri bu il 281 hektar sahədə çəltik yetişdirmişlər. Havaların quraq keçməsinə baxmayaraq göstərilən qayğılar bəhrəsini vermişdir. Sahələrdə məhsul boldur. Yaxın günlərdə çəltik biçininə başlanacaqdır. İndi məhsul biçininə ciddi hazırlıq işləri gedir. DAİM-dən verilən məlumatda qeyd olunur ki, hələlik 5 kombayn hazır vəziyyətə gətirilib. Ehtiyac olduqda qonşu rayonlardan da kombaynlar gətiriləcək.