Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA TİKİNTİ

02 sentyabr 2021 | 16:00

   Masallı Rayon Statistika İdarəsindən verilən xəbərdə deyilir: 2021-ci ilin yanvar-iyun aylarında 45561,1 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bunun da  2221,1 min manatı dövlət mülkiyyətinin, 43340,0 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür. Bütün maliyyə mənbələrindən əsas kapitala 44590,6 min manat investisiya yönəldilmişdir. Yönəldilmiş investisiyanın 1250,6 min manatı dövlət, 43340,0 min manatı qeyri-dövlət mülkiyyətinin payına düşür. Bu investisiyadan 42414,7 min manatı tikinti quraşdırma işlərində istifadə edilmişdir. İnvestisiyanın isə 1241,7 min manatını dövlət, 41173,0 min manatını qeyri-dövlət mülkiyyəti təşkil edir.

       2021-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatının əsas sahələrindən olan tikinti bölməsində fəaliyyət göstərmiş tikinti müəssisələri tərəfindən öz gücləri ilə 1011,8 min manat və ya əvvəlki ilin müvafiq dövründən 8,6 faiz az tikinti işləri yerinə yetirilmişdir. Yerinə yetirilmiş tikinti  işlərinin 940,8 min manatı və ya 93,0 faizini dövlət mülkiyyəti, 71,0 min manatı və ya 7,0 faizini isə qeyri dövlət mülkiyyəti hesabına olmuşdur.

Keçidlər