MASALLIDA RABİTƏ XİDMƏTİ
Masallı rayonunda mövcud olan poçt və rabitə müəssisələri tərəfindən cari ilin — 2021-ci ilin yanvar-iyun aylarında əhaliyə, müəssisə və təşkilatlara 1340,5 min manat həcmində xidmət göstərilmişdir ki, bundan 1127,6 min manatı rabitə və 212,9 min manatı poçt rabitəsi xidmətləridir. Göstərilən rabitə xidmətlərinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 213,0 min manat və ya 23,3 faiz, poçt rabitəsi xidmətlərinin həcmi isə müvafiq olaraq 14,9 min manat və ya 7,5 faiz artmışdır. Göstərilən poçt və rabitə xidmətinin 1182,2 min manatı və ya 88,2 faizi əhaliyə, 158,3 min manatı və ya 11,8 faizi müəssisə və təşkilatlara göstərilmişdir. Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, göstərilən rabitə xidmətləri keçən ilin eyni dövrü ilə müqayisədə əhaliyə 27,8 faiz artmış, müəssiə və təşkilatlara isə 1,2 faiz azalmışdır.