Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda nəqliyyat

06 sentyabr 2021 | 16:00

2021-ci ilin yanvar-iyun aylarında ilkin hesablamaya əsasən Masallıda nəqliyyat sektoru üzrə xidmətin həcmi 4576,9 min manat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 3,0 faiz azalmışdır.

Yük daşıma 881,0 min ton, avtomobil nəqliyyatı vasitəsi ilə sərnişin daşınması 4625,0 min sərnişin olmuşdur. Əvvəlki ilin eyni dövru ilə müqayisədə yükdaşıma 11,4 faiz, sərnişindaşıma isə 17,2 faiz az olmuşdur.

2021-ci ilin yanvar-iyun aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə işçilərin sayı 4 nəfər, əməkhaqqı fondu isə 14862,5 manat azalmışdır.
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı  231,2 manat təşkil etmişdir.

Keçidlər