Şriftin ölçüsü :

Saytın rəngi :

“9 Noyabr- Dövlət Bayrağı günü”nə həsr olunmuş intellekt biliş yarışması

06 noyabr 2015 | 16:00

Masallıda “9 Noyabr-Dövlət Bayrağı Günü”nə həsr olunmuş  rayon orta ümumtəhsil məktəblərinin  IX-X- XI sinif şagirdləri arasında  “İntellekt ”  bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir

          04-05 noyabr 2015-ci il tarixlərində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində  “9 Noyabr-Dövlət Bayrağı Günü”nə həsr olunmuş  rayon orta ümumtəhsil məktəblərinin  IX-X-XI sinif şagirdləri arasında  “İntellekt ” bilik yarışı üzrə rayon birinciliy keçirilmişdir.

Yeniyetmə və gənclərin intellektual səviyyəsinin, dünyagörüşünü ,zehni inkişafını stimullaşdırmaq,onlar arasında bilik və elmi nüfuzunu artırmaq, eləcə də asudə  vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə keçirilən tədbiri Rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açmış , “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasının müvafiq bəndləri üzrə qarşıda duran vəzifələr və ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq iştirakçılara uğurlar diləmişdir.
      İki gün davam edən   bilik yarışında  16 məktəb komandasından  120  nəfər iştirak etmişdir. Olduqca mübarizə şəraitində keçirilən yarışda bütün komandalar öz intellektul səviyələrini sınamışlar,yarışın yekununa əsasən dörd komanda final mərhələsinə vəsiqə qazanmışdır . Beləliklə finalda daha yaxşı nəticə əldə edən   “Dəfinə” məktəb-liseyinin “Dəfinə” komandası I yerə , C.Qasımov adına Banbaşı kənd  tam orta məktəbin “Banbaşı” komandası II  yerə  , Bala Kolatan kənd  tam orta məktəbin  “Biq-bənq ” komandası  III yerə layiq görülmüşdür.
     Rayon birinciliyində   qalib gəlmiş bütün komanda üzvləri  Masallı rayon  Gənclər və İdman idarəsi tərəfindən  diplom və qiymətli hədiyyələrlə  təltif olunmuşlar.

Keçidlər