MASALLIDA BƏLƏDİYYƏLƏRİN BÜDCƏ GƏLİRLƏRİ
09 sentyabr 2021 | 16:00
Masallı rayonunda 36 bələdiyyə mövcuddur. Bələdiyyələrin büdcənin gəlirləri 2021-ci ilin yanvar-iyun aylarında 149,7 min manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 73,1 faiz çox olmuşdur. Rayon statistika idarəsindən aldığımız məlumatda bildirilir ki, 2021-ci ilin yanvar-iyun aylarında bələdiyyə gəlirlərinin əsasını bələdiyyə əmlakının və torpağın özəlləşdirməsindən, icarəyə verilməsindən olan gəlirlər təşkil etmişdir. Gəlirlərin 55,6 faizi vergi olmayan gəlirlərdən ibarət olmuşdur.