Masallıda gənclərin Tarix-Diyarşünaslıq muzeyinə ekskursiyası
Masallıda gənclərin Tarix-Diyarşünaslıq muzeyinə ekskursiyası təşkil edilmişdir.
10 sentyabr 2021-ci il tarixdə Masallı Rayon Gənclər və İdman İdarəsinin, Masallı rayon “Gənclər evi” sosial xidmət müəssisəsinin və Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Milli-mədəni irsin və təbiətin gənclərə tanıdılması məqsədi ilə “Tariximizi öyrənək və təbliğ edək” mövzusunda Rayon Tarix-Diyarşünaslıq muzeyinə gənclər üçün ekskursiya təşkil edilib.
Tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən xüsusi diqqət və qayğısıdan danışaraq, gənclərimizin hər birinə milli-mənəvi dəyərlərimizə sahid çıxmağı, onları qorumağ və hər zaman üçrəngli Azərbaycan bayrağını uca tutmağı arzuladı.
Masallı Rayon Tarix-Diyarşünaslıq muzeyin direktoru Əntiqə Tağıyeva gənclərə muzey barədə geniş məlumat verərək bildirib ki, ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb.
Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Müstəqilliyimizin banisi olan xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr qurulub.
Muzeyin mansar hissəsində rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da yaradılıb.
Sonra Ə.Tağıyava gəncləri muzeydə olan eksponatlarla tanış edərək rayon ərazisində aparılan arxeoloji tapıntılar zamanı əldə olunmuş, tariximizi əks etdirən maddi-mədəniyyət nümunələri haqqında onlara ətraflı məlumat verib.