Şriftin ölçüsü :

Saytın rəngi :

“9 Noyabr- Dövlət Bayrağı günü”nə həsr olunmuş Boks idman növü üzrə rayon birinciliyi

06 noyabr 2015 | 16:00

04-05 Noyabr  2015-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Masallı Boks Mərkəzində «9 Noyabr- Dövlət Bayrağı Günü» nə həsr olunmuş kiçik yaşlı uşaqlar və yeniyetmələr arasında Boks idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
    10 çəki dərəcəsində 60 nəfər kiçik yaşlı uşaqlar və yeniyetmə boksçuların iştrakı ilə keçirilən yarışın məqsədi rayonda boks idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək olub. Olduqca gərgin və mübarizə şəraitində keçirilən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplom və medallarla mükafatlandırılmışlar.

Keçidlər