Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RTŞ-də geniş tərkibdə onlayn iclas

11 sentyabr 2021 | 16:00

11.09.2021-ci il tarixdə Masallı RTŞ, məktəb direktorları və direktor müavinlərinin iştirakı ilə onlayn iclas keçirildi. İclasda 300 nəfər iştirak edirdi. Canlarını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İclası giriş sözü ilə açan Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov məlumat verdi ki, 2021-2022-ci tədris ilində dərslər ənənəvi formada aparılacaqdır. Sentyabr ayının 22-dən I-IV siniflərin, 29-dan isə V-XI siniflərin dərsə başlanması barədə qərar verilmişdir. Bütün məktəblər yeni dərs ilinə pandemiya qaydalarına uyğun hazırlanmalı və qoruyucu vasitələrlə təmin edilməlidir. İdman zalları da bu qaydalara uyğun fəaliyyət göstərəcəkdir. Sinif rəhbərləri valideynlərlə maarifləndirici söhbətlər aparmalıdır.
Tariyel Əkbərov qeyd etdi ki, təhsil müəssisələrində çalışan işçilərimizin çox böyük hissəsi peyvənd olunmuşdur.Peyvənd olunmayan işçilər oktyabrın 1-dək  peyvənd olunmalıdır.
Dərs bölgüsü haqqında danışan Tariyel Əkbərəov bildirdi ki, yeni dərs ili üçün tədris planları təsdiq olunmuşdur. Dərs bölgüsü ədalətli və şəffaf aparılmalı, müəllimlərin diaqnostik qiymətləndirmə balı və şagirdlərinin son illərdəki təlim nəticələri əsas götürülməlidir. Məktəb şəbəkələrinin təsdiqi zamanı mövcud qaydalara tam və ciddi qaydada riayət edilməlidir.
Tariyel Əkbərov məktəb həyətlərinin səliqə-səhmana salınması, əmək intizamına riayət edilməsi, ötən tədris ilinin IX sinifləri üçün buraxılış imtahanlarının nəticələrinin bir daha təhlil edilməsi haqqında tapşırıqlar verdi.
Masallı Rayon Təhsil Şöbəsinin böyük məsləhətçisi Qoşqar Hətəmov “Təhsil müəssisələrində müəllim-şagird heyətinin partlayış təhlükəsizliyinə qarşı maarifləndirilməsi barədə metodik tövsiyələrin təsdiq edilməsi” barədə Təhsil Nazirliyinin 20.08.2021-ci il tarixli, F-416 nömrəli, 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə Təhsil Nazirliyinin 07.09.2021-ci il tarixli, F-429 nömrəli əmrlərinin icrası, məktəb sənədlərinin aparılması, fənn metodbirləşmələrinin təşkili barədə danışdı və öz tövsiyələrini verdi.
Masallı RTŞ-nin metodisti Nazim İsrafılov XI sinif buraxılış imtahanları, ali və orta ixtisas məktəblərinə qəbulla bağlı məlumat verdi.
İclasın sonunda iclas iştirakçılarının sualları cavablandırıldı.

Keçidlər