Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə
14 sentyabr 2021-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Masallı rayonunda pandemiya qaydalarını gözləməklə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Kamil Bağırov, Masallı Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Əlhəddin Nəzərov, ictimaiyyət nümayəndələri, qadınlar və gənclər iştirak ediblər.
Çıxışlar zamanı “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” haqqında məlumat verilərək bu baxımdan maarifləndirmə işlərinin əhəmiyyəti qeyd edilib. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin müxbirinin məlumatında bildirilir ki, ölkəmizdə gender əsaslı zorakılığa və məişət zorakılığına qarşı mübarizənin cəmiyyətin hər bir üzvünün ümdə vəzifəsi olması önə çəkilib.