Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” turu-Masallı

16 noyabr 2015 | 16:00

16 noyabr 2015-ci il tarixdə saat 08:30-da rayonun ümumtəhsil məktəblərinin 35 nəfər IX-XI sinif şagirdləri və onları müşahidə edən 5 nəfər ziyalı Masallı şəhər Heydər Əliyev Mərkəzindən Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsi məqsədi ilə Gəncə-Şəmkir-Göygöl rayonlarına yola salınmaq üçün yığışmışdılar.
İlk öncə tur iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər  gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. 
Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülşən Xəlilova tur-aksiyanın keçirilməsi, məktəblilərə bu cür imkanların yaradıldığı üçün  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına təşəkkürünü bildirdi.
Daha sonra Heydər Əliyev Mərkəzinin rəqs kollektivi “Azərbaycan” mahnısı ilə çıxış etdilər.
Sonda Masallı rayon İcra hakimiyyəti, Masallı rayon Təhsil şöbəsi, məktəb direktorları, valideynlərin müşaidəsi ilə tur iştirakçıları Gəncə-Şəmkir-Göygöl rayonlarına yola salındılar.

Keçidlər