TƏCRÜBƏLİ ÇİYƏLƏKÇİNİN UĞURLARI ARTIR
15 sentyabr 2021 | 16:00
Masallı rayonunun Şərəfə kəndində fermer fəaliyyəti ilə məşğul olan “Tərəqqi” medallı Rafət Abbasov son illər çiyələkçilikdə uğurlu nəticələr qazanmışdır.
Azərbaycanda ilk dəfə xaricdən gətirilən “Samra” növlü çiyələk möhkəmliyi, dadı və məhsuldarlığı ilə fərqlənir. Fermer öhdəsindəki 7 hektar sahədən 200 tona yaxın çiyələk yığıb bazarlara çıxarmışdır. “Samra”nın orta məhsuldarlığı 50-60 ton arasındadır.
Kollektiv hazırda daha 3 hektar sahəni çiyələk əkininə hazırlayır. Yaxın günlərdə çiyələk şitilləri sahəyə köçürüləcək.