Şriftin ölçüsü :

Saytın rəngi :

Boradigah qəsəbəsində yeni məktəb binasına baxış keçirilib

17 sentyabr 2021 | 16:00

Masallı rayonunun Boradigah qəsəbəsində 624 şagird yerlik yeni məktəb binasına baxış keçirilib


Bu gün, 17 sentyabr 2021-ci il tarixdə Masallı rayonunun Boradigah qəsəbəsində Təhsil Nazirliyinin sifarişi ilə inşa edilmiş 624 şagird yerlik, üçmərtəbəli yeni məktəb binasına baxış keçirilib.

İnqilab Nağıyev adına Masallı rayonunun Boradigah qəsəbəsi 2 nömrəli tam orta məktəb üçün qəsəbənin yaxınlığında, təzə torpaq sahəsində inşa edilmiş yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi şərait yaradılıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə  tikinti «Starkonstrukşin-12» şirkəti tərəfindən 2019-cu ilin dekabr ayında inşasına başlanılan yeni tədris müəssisəsi 35 otaqdan ibarətdir. 28 sinif olacaq.

Yeni məktəb binasında akt və idman zalları, kitabxana, kimya, informatika və texnologiya kabinetləri, hərbi otaq, bufet, tibb otağı müəllim və şagirdlərin istifadəsinə verilib.

Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb.
Yeni təhsil ocağı su, işıq və istilik sistemi ilə təmin olunub.

Məktəb həyətinə yeni aasfalt döşənib, həmişəyaşıl və meyvə ağacları, gül kolları əkilib. Yaxın gələcəkdə sərv ağaclarının əkilməsi planlaşdırılıb.

Tədbir iştirakçıları məktəb binasında yaradılan şəraitlə yaxından tanış olublar.
Binada sinif otaqları, laboratoriyalar, fənn kabinetləri, hərbi hazırlıq, texnologiya otaqları, kitabxana, akt və idman zalları yerləşir.
Hazırda məktəbdə 520 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 40 müəllim məşğul olur. Onlardan 30 nəfəri ali təhsilli, 10 nəfəri isə orta ixtisas təhsilli pedaqoqdurlar. Yeni dərs ilində 40 uşaq birinci sinfə qədəm qoyacaq.
Qeyd edək ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son illər Masallı rayonunda da davamlı tədbirlər həyata keçirilir. Belə ki, təhsilin infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində rayonda 55-dək yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub.

Məktəb binasına baxış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, Təhsil Nazirliyinin əsaslı tikinti və təchizat İdarəsinin  şöbə müdirinin müavini Xəlil Qasımov, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, müavini Ülkər Babayeva, 14 saylı Ərazi Maliyyə İdarəsinin rəisi Ehtiram Muxtarov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, Boradigah qəsəbəsi 2 nömrəli tam orta məktəbin direktoru Nurməmməd Ağayev  iştirak ediblər.

Keçidlər