Masallıda bibər istehsalı
20 sentyabr 2021 | 16:00
Bibər tərəvəz məhsulları arasında xüsusi yer tutur. Cari ildə Masallı fermerləri 118 hektar sahədə bibər əkiblər.
Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, tərəvəz ustaları mövsümün əvvəlindən tarlalardan 1554 ton bibər yığıb sata bilmişlər. Məhsul yığımı noyabr ayına kimi davam edəcək. Xıl, Qızılağac və Təklə fermerləri bibər satışında fərqlənirlər.