Masallıda yeniyetmə və gənclər arasında təşkil olunmuş onlayn rəsm müsabiqəsi
21 sentyabr 2021-ci il tarixində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Beynəlxalq Sülh Günü” ilə bağlı “Sussun Silahlar” mövzusunda yeniyetmə və gənclər arasında təşkil olunmuş onlayn rəsm müsabiqəsinə yekun vuruldu.
Rəsm müsabiqəsinin yekun nəticəsinə əsasən I yerə Kazımzadə Turan Həsənağa oğlu, II yerə İsayeva Nuray Rahim qızı,III yerə Quliyeva Xatirə İlkin qızı layiq görüldülər.
Rəsm müsabiqəsinin keçirilməsində məqsəd BMT və UNESCO tərəfindən hər il qeyd olunan 21 sentyabr-Beynəlxalq Sülh Gününə uşaq və gənclərin diqqətini cəlb etmək, onlara sülh mədəniyyəti, xalqlar və insanlar arasında qarşılıqlı anlaşma, dostluq münasibətlərinin əhəmiyyətini, milli dəyərlərimizi, tolerantlıq və multikulturalizm ənənələrini aşılamaq, habelə bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik olan uşaqları aşkarlamaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.