Masallıda şəkərli diabetdən əziyyət çəkən xəstələrə yardım edilib
14 noyabr - Ümumdünya Diabet Günü ilə bağlı Masallı rayon İcra hakimiyyətinin və Mərkəzi Rayon Xəstəxanasının təşkilatçılığı ilə keçirilən humanitar aksiyada şəkərli diabetdən əziyyət çəkən xəstələrə yardım edilib.
Bu qrupa daxil olan xəstələrin hər ay Səhiyyə Nazirliyinin İnnovasiya Mərkəzi tərəfindən lazımi dərman preparatları ilə təmin olunduğunu vurğulayan C.Nəzərov xəstəxanaya gələ bilməyən xəstələrin daim nəzarətdə saxlanıldığını, onlara yüksək səviyyədə tibbi xidmətin göstərildiyini diqqətə çatdırıb və rayonda şəkərli diabetdən əziyyət çəkən 4 min 800 xəstə ambulator müalicəyə cəlb olunub.
Dünyada 240 milyondan çox insanın bu xəstəlikdən əziyyət çəkdiyini deyən C.Nəzərov qeyd edib ki, insan qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevrilər.
Rayon icra hakimiyyətinin məsul işçiləri və Mərkəzi Rayon Xəstəxanasının həkimləri Masallının Ərkivan, İsgəndərli, Öncəqala, Digah və Dadva kəndlərində şəkərli diabetdən əziyyət çəkən xəstələrə baş çəkərək səhhətləri ilə maraqlanıb, onlara lazımi dərman preparatları və müxtəlif ərzaq məhsulları paylayıblar.