Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda gənclərə sahibkarlıq mövzusunda təlim keçirilib

15 noyabr 2015 | 16:00

14-15 noyabr 2015-ci il tarixlərdə Masallı şəhər Gənclər Mərkəzində “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 7-ci qrant müsabiqəsi çərçivəsində “İnnovativ gənc fermerlər” adlı layihə reallaşdırılmışdır.

Təcrübəli təlimçi Mobil Pəncəliyev gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, biznes etikası və mədəniyyəti, kənd və fermer təsərrüfatı ilə bağlı biznes plan, biznesin təsviri və təşkil edilməsi mövzusunda təqdimatla çıxış edərək bildirdi ki, layihənin əsas məqsədi gəncləri kənd təsərrüfatı sahibkarlığına cəlb etməklə iqtisadiyyatımızın inkişafına dəstək olmaq, həmçinin gənc sahibkarlığa iddialı şəxslərə innovativ düşünməni aşılamaq və “yaşıl” düşünməni təbliğ etməklə, istehsal zamanı ətraf mühitin qorunmasına yardımçı olmaqdır.

Keçidlər