Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şəhid ailələrini ziyarət

25 sentyabr 2021 | 16:00

Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, 70 saylı Masallı şəhər Dairə Seçki Komissiyasının sədri İlkin Hüseynov, 71 saylı Masallı kənd Dairə Seçki Komissiyasının sədri Loğman Şahbazov və  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayonu üzrə sədri Nahid Rəhimov Masallı rayon Şərəfə kəndi ərazisində şəhid Ramazan Vəliyev və Nurlan Əbilovun, Təklə ərazisində isə şəhid Musa Mustafayev və Məmmədağa Bağırovun məzarını ziyarət etmiş, şəhidlərin əziz xatirəsini yad etmiş, ruhlarına dualar etmiş və ailələrini ziyarət edərək qayğıları ilə maraqlanmışlar. Şəhid ailələri öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbərliyinə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər