Yeni dərs ilinin başlaması ilə əlaqədar videokonfranS
İcra başçısı yeni dərs ilinin başlaması ilə əlaqədar videokonfrans keçirib
28 sentyabr 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov yeni tədris ilinin başlanması ilə əlaqədar bu sahədə çalışan pedaqoji kollektivlərlə videokonfrans keçirib.
Konfransda Masallı təhsil şöbəsi və əməkdaşları, umumtəhsil məktəblərinin direktorları, müavinləri və başqa məsul şəxslər iştirak ediblər.
Videokonfransı açan rayon rəhbəri əvvəlcə yeni dərs ilinin başlanması münasibəti ilə konfrans iştirakçılarını təbrik etmiş, onlara sağlamlıq və yeni dərs ilində müvəffəqiyyətlər arzulamışdir.
Rayon rəhbəri geniş nitqində bildirmişdir ki, bütün dünyanı koronavirus pandemiyası ağuşuna aldığı bir vaxtda Azərbaycan Prezidenti cənab İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində respublikamızda qonşu ölkələrlə müqayisədə itkilər az olmuşdur. Əhalinin sağlamlığı, sosial durumu daim diqqət mərkəzində saxlanılmışdır. Masallıda da bu sahədə gerilik olmamış, camaat peyvəndləmə prosesində fəallıq göstərmişlər.
İcra başçısı ağxalatlı insanlarla bərabər fəal pedaqoqlara da öz təşəkkürünü bildirdi. Ş.Məmmədov qeyd etdi ki, gərgin iş rejimində işləyən müəllimlərlə bərabər vaksin olunmayan müəllimlər də vardır. Əfsuslar olsun ki, həmin 13 masallılı müəllim Yeni Zuvand, Ərkivan qəsəbə, Masallı şəhər 3 nömrəli, Köhnə Alvadı, Bala Kolatan, Yolağac, Masallı şəhər 1 nömrəli və Dəlləkoba kənd orta məktəblərində çalışan — peyvənd olunmayan müəllimlərdir. Rayon rəhbəri RTŞ-nin müdirinə həmin müəllimlər haqqında ciddi iradını bildirdi.
Qeyd olunmuşdur ki, koronavirus pandemiyası ilə bağlı bu il məktəblər ikinci mərhələdə, sabah sentyabrın 29-da başlanacaq.
Sonra icra başçısı yüksək bal toplayan məzunların hər birini ayrıca təbrik edib, onlara öz tövsiyələrini verdi, Masallınının müxtəlif məktəblərini əla qiymətlərlə başa vuran tələbələri bir daha təbrik etdi.
Videomüşavirədə nöqsanlara yol vermiş Hacıtəpə, Xıl, Tüklə, Öncəqala, Qızılağac 2 nömrəli, Təzə Alvadı 2 nömrəli, Yeddiymaq və başqa məktəblərin direktor, müavin və müəllimləri danışdılar. Onlasr yeni dərs ilində yaxşı işləyəcəklərinə söz verdilər.
İclasda RTŞ-nin müdiri Tariyel Əkbərov görülmüş işlərdən və yeni dərs ilində qarşıda duran mühüm vəzifələrdən danışıb. O, tədris müəssisələrinin yeni dərs ilinə hazır olduğunu bildirmişdir.
Vidomüşavirəni yekunlaşdıran rayon rəhbəri rayonda dah çox, yüksək nəticələr-600 və daha çox qiymət balı əldə edən Masallı 5 nömrəli, Mahmudavar, Köçəkli, Böyük Xocavar məktəblərinin məzunlarını və müəllimləri təbrik edərək, yeni dərs ilində, tələbəlik həyatında onlara uğurlar arzulayıb.