Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda sağlam həyat tərzinin təbliği

01 oktyabr 2021 | 16:00

Masallıda yeniyetmə və gənclər üçün sağlam həyat tərzinin təbliği ilə bağlı tədbir keçirilib

Səhiyyə Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində Masallı rayonunda reproduktiv sağlamlığın qorunması, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirici tədbir keçirilib.

Tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzi və Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Masallı rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə yeniyetmə və gənclər iştirak ediblər.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova geniş təqdimatla çıxış edərək iştirakçılara reproduktiv sağlamlıq, ailə planlaşdırılması mövzusunda ətraflı məlumat verib, zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirlərini izah edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli isə çıxışı zamanı erkən nikahların fəsadlarından bəhs edib və gənc nəsli sağlamlığını qorumağa çağırıb.

Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər