Masallıda Prokurorluq işçilərinin peşə bayramı
01 oktyabr 2021-ci il tarixdə Heydər Əliyev Mərkəzində Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Tədbir Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik ehtiramla yad edilməsi ilə başlayıb.
Sonra tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik etdi. O, qeyd etdi ki, hər il oktyabrın 1-də prokurorluq əməkdaşları və eləcə də respublikanın hüquq-mühafizə ictimaiyyəti prokurorluq işçilərinin peşə bayramını təntənəli şəkildə qeyd edir. Bu günün təntənəli şəkildə qeyd olunmasında isə biz Ümummlli Lider Heydər Əliyevə borcluyuq. Məhz xalqımızın Ümummilli Liderinin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə yuxarıda qeyd edilən tarix əbədiləşdirilmiş və hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi qərara alınmışdır. Bu il isə bu bayramın mahiyyəti daha da önəmlidir. Çünki, mahir diplomat və yenilməz sərkərdə cənab İlham Əliyev Azərbaycanın son bir neçə əsrlik tarixinə ən uğurlu il kimi düşən ötən 2020-ci il hərbi və diplomatik-siyasi yolla işğal altında olan ərazilərimizi 44 günlük Vətən müharibəsində düşmən tapdağından azad etdi.
Ümummilli Liderin hüquqi dövlət quruculuğu sahəsində ən önəmli addımlarından biri də qanunun aliliyinin keşiyində dayanan hüquq mühafizə orqanlarının işinin təkmilləşdirilməsi sahəsində qəbul etdiyi qərarlar, verdiyi göstəriş və tövsiyələrdir.
Sonra Masallı Rayon Prokuroru Vəli Mustsfayev məruzə ilə çıxış etdi. O, bildirdi ki, məhz Azərbaycan Prokurorluq sisteminin qabaqcıl dəstələrindən olan Masallı rayon prokurorluğu da qanunçuluğun bərqərar olunmasında, qanunun aliliyinin qorunmasında əhali arasında hüquqi təbliğatın aparmasında önləyici tədbirlər ğörülməsində böyük işlər görür. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlət quruculuğu və strateji inkişaf konsepsiyasına uyğun olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla həyata keçirilən ardıcıl və sistemli islahatlar, idarəetmə mexanizminin mütəmadi olaraq təkmilləşdirilməsi ilə müşayiət olunan müdrik və səmərəli dövlət idarəçiliyi, təhlükəsizliyin və sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsinə, onun davamlı və dayanıqlı inkişafının təmin olunmasına, dövlətimizin qüdrətinin artmasına, xalqımızın əmin-amanlığının və rifah halının, vətəndaş həmrəyliyinin yüksəlməsinə zəmin yaratmışdır. Masallı rayon prokurorluğu bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı kəskin, barışmaz mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində daha da fəal olacaqlar.
Tədbirdə rayon Məhkəməsinin sədri Firdovsi Əliyev, rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, Dövlət Təhlükəsizliyi Xidməti rayon şöbəsinin rəisi Emin Süleymanov, SHXÇDX-nin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, RMX-nın rüblük hüquqi şəxsin direktoru Rasim Əzizov, Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və vəkil Tofiq Şahmarov çıxış edərək qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə hər il oktyabrın 1-i Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Diqqətə çatdırılıb ki, Ümummilli Liderin prokurorluq işçilərinə göstərdiyi diqqət və qayğı bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prokurorluq işçiləri ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Tədbirin sonunda rayon Prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Babək Paşayev və müstəntiq Elçin Abbasov Masallı RİH-nin Fəxri Fərmanı ilə təltif olunub.