Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda dəyirmi masa

24 noyabr 2015 | 16:00

24 noyabr 2015-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və  müstəqil Azərbaycan”  mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər.
Dəyirmi masanı giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi  Camal Manafov açaraq bildirdi ki, Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu və Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması ,dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadı inkişafı üçün möhkəm təməlin yaradılması , milli-mənəvi yüksəliş hər bir fərdin özünü layiqli vətandaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olduğunu , bir daha diqqətə çatdırmış və Heydər Əliyev  siyasətinin  möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
         Dəyirmi masada Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Ağayev, Masallı rayon Təhsil şöbəsinin metodisti Hüseyn Hüseynov, Masallı rayon A.Qubadov adına Rüdəkənar kənd tam orta məktəbinin müəllimi Ramazan Şükürov və Rayonun fəal fənclərindən Mehrəliyeva Günay, Taleh Salehov, Coşqun Fərzəliyev və başqaları çıxış edərək bildirdilər ki, Ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var.Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır.

Keçidlər