Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda tütün yığımı sürətlənir

06 oktyabr 2021 | 16:00

Son illər aqrar sahəyə dövlət dəstəyinin artırılması Masallıda unudulmaqda olan tütünçülüyə marağı artırıb. Belə ki, cari ildə rayonda 37 ərazidə 40-dan çox fermer 52 hektar sahədə tütün əkib-becərir.
Hazırda rayonun Qızılağac, Xırmandalı, Şərəfə, Bədəlan və s. ərazilərində məhsul yığımı aparılır. Fermerlərin sözlərinə görə tütünçülük rayon üçün gəlirli sahələrdən hesab edilir. Rayonda məhsulun daha çox "Trabzon" və "İmmenium" sortları əkilib-becərilir.
Bundan əlavə Masallı rayonunda 2020-ci ildə ilk dəfə olaraq tütünün "Berley" sortu əkilib. Bu sort bölgənin torpaq-iqlim şəraitinə görə daha əlverişli hesab edilir. Həm də ənənəvi sortlardan 2 dəfə çox məhsul verir.

Yığılan yarpaqlar ipə düzülərək hava şəraitindən asılı olaraq 3-5 gün ərzində qurudulur və bağlanmış müqavilə əsasında tədarük məntəqəsinə təhvil verilir.

Bu günədək tütün sahələrindən yığılan 21,46 ton quru tütün tədarük edilib emal müəssisələinə göndərilib.

Masallı rayonunda ənənəvi tütünçülüyə maraq ildən-ilə artıb. Masallı rayonunda uzun illik fasilədən sonra ənənəvi əkin sahələrindən olan tütünçülük yenidən bərpa olunub. Artıq yeddinci ildir ki, rayonda tütün əkilir.

Masallıda tütün yığımı və tədarükü davam edir.

Keçidlər