Masallıda “İnşa-yazı” müsabiqəsi
Masallıda məktəblilər arasında “İnşa-yazı” müsabiqəsi keçirilib.
07 oktyabr 2021-ci il tarixdə “Masallı Gənclər evi” sosial xidmət müəssisəsində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş IX-XI sinif şagirdləri arasında “inşa-yazı” müsabiqəsi keçirilib.
Mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək müsabiqənin keçirilməsində məqsəd 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış müvafiq Sərəncamının icrası və dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığının məktəblilər arasında daha dərindən öyrənilməsi olduğunu bildirdi.
Müsabiqənin yekun nəticəsinə əsasən Masallı rayon “Dəfinə” məktəb-liseyinin XI sinif şagirdi Turanə İsrafilova birinci yerə, Şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Səma Mirzəyeva ikinci yerə, Qızılağac kənd S.Xəlilov adına tam orta məktəbin X sinif şagirdi Məmmədova Səbinə üçüncü yerə layiq görülmüşdür.Fərqləndiyinə görə isə Şəhər 2 saylı tam orta məktəbin IX sinif şagirdi Zeynəb Təhməzli diplomla təltif edildi.
Müsabiqədə qalib gələn bütün şagirdlər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırıldı.