Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Şəhidləri anarkən” başlığı altında sərgi

07 oktyabr 2021 | 16:00

Masallıda "44 günlük Vətən Müharibəsinin birinci ildönümü" ilə əlaqədar tədbir keçirilib.

Oktyabrın 7-da karantin rejiminin tələblərinə riayət olunmaqla Masallı rayon Tarix Diyarşünaslıq muzeyi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə ''44 günlük Vətən müharibəsinin birinci ildönümü" ilə əlaqədar istedadlı dərnək üzvlərin əl işlərindən ibarət “Şəhidləri anarkən” başlığı altında sərgi - tədbir keçirilib. Tədbirdə Uşaq-Gənclər İnkişaf Mərkəzi, Masallı rayon Tarix Diyarşünaslıq muzeyi və Masallı rayon Dövlət Rəsm Qalereyasının əməkdaşları iştirak edib.

İlk əvvəl, vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik hörmət və ehtiramla yad edilib.

Muzeyin direktoru qonaqları salamladıqdan sonra çıxış edərək , Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi olduğunu bildirdi.

Daha sonra UGİM-nin direktoru Əsmər Axundova çıxış edərək , 44 gün davam edən Vətən müharibəsi əslində müasir dövr üçün qısa müddət deyil. Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarə” ifadəsi ordumuzu hər gün zəfərdən-zəfərə aparan şüara çevrildi. Bu taleyüklü günlərdə hər birimiz həmin ifadənin yaratdığı əhval-ruhiyyənin cazibəsinə düşüb qələbəmizin hər gün, hər an yaxınlaşdığına əmin olurduq.Bizim mərkəzin dərnək üzvlərindən Həsənov Sübhan Rauf oğlu və Nəzərov Elməddin İsmayıl oğlu Vətən Müharibəsinin ilk günlərindən doyüşə qatılaraq şəhidlik zirvəsinə ucalan şəhidlərin necə istedadlı olmaqlarından və xatirələri daim əziz tutacaqlarını söylədi.

Sonra UGİM-nin dərnəy üzvü İbadova Zilan şəhidlərin xatirəsinə həsr etdiyi şeri söylədi.Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Sərgi Masallı Dövlət Rəsm Qalereyasında Qələbəmizin ildönününə kimi sərgilənəcək.

Keçidlər