Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid baş leytenant Əlimərdan Quluzadənin anım mərasimi

07 oktyabr 2021 | 16:00

07 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Birinci Yeddioymaq kənində 44 günlük Vətən müharibəsinin şəhid baş leytenantı Əlimərdan Fəttah oğlu Quluzadənin anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı  Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.

Şəhid baş leytenant Əlimərdan Quluzadə 1993-cü il fevralın 14-də Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub.

2000-ci ildə Birinci Yeddioymaq kənd məktəbinə daxil olub, dördüncü sinfə qədər bu məktəbdə oxuyub.

Orta təhsilini beşinci sinfi Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbdə davam etdirib, 2008-ci ilə kimi, səkkizinci sinfi qurtarana qədər həmin məktəbdə təhsil alıb.

Beləliklə, həyatını hərb sənətinə bağlayan gənc 2018-2011-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə və 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq leytenant rütbəsi almışdır.

Sonra Azərbaycan Ordusunun  baş leytenantı Əlimərdan Quluzadə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında xidmət edib. Belə ki, 2015-2020-ci illərdə  baş leytenant kimi Bakı şəhərinin Müşfiq qəsəbəsində yerləşən «N» saylı hərbi hissədə Vətənə xidmət borcunu şərəflə yerinə yetirib.
2016-cı il uğurlu Aprel döyüşlərinin içtirakçısı olub.
Orduda nümunəvi zabit kimi xidməti göstərdiyinə görə 2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)"  və 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medallarına layiq görülüb.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə hünər göstərən baş leytenant Əlimərdan Quluzadə oktyabrın 6-da Füzulidə gedən qanlı döyüşlər zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.

Masallı rayonunun Birinci Yeddioymaq kəndindən olan Vətən müharibəsinin şəhid baş leytenantı Əlimərdan Quluzadə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra «Vətən uğrunda» və «Cəbrayılın azad olunmasına görə» medalları ilə təltif edilmişdir.
Şəhid 7 oktyabr 2020-ci il tarixdə Birinci Yeddioymaq kənd qəbiristanlığında izsdihamla torpağa tapşırılıb.

Keçidlər