Yeni Aazərbaycan Partiyası 23 il
19 noyabr 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü münasibətilə “Müasir Azərbaycanın dövlətçilik tarixində YAP-ın əhəmiyyəti” mövzsunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatı aparatının rəhbəri Fəxrəddin Eyvazov açaraq tədbir iştirakçılarını YAP-ın yaranmasının 23-cü ildönümü münasibətilə təbrik etmiş, YAP-ın Azərbaycan dövlətinin tarixində oynadığı roldan söz açaraq bu gün YAP-ın ən böyük və mütəşəkkil siyasi təşkilat olduğunu söyləmişdir.
Daha sönra çıxış edən YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov öz çıxışında ötən 23 il ərzində YAP-ın şərəfli yol keçdiyini, 1991-1993-cü illər ərzində hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyasətinin ölkədə xaos, hərc-mərcliyə yol açdığını bildirib. Natiq qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyinin itirilmə təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Məhz həmin dövrdə Azərbaycan xalqı dövlətin xilası üçün Ulu öndər Heydər Əliyevə üz tutub. M. Hüseynov 91 ziyalının imzası ilə YAP-ın yaradılması və Ümummilli liderin bu siyasi təşkilata rəhbərlik etməsi ilə bağlı müraciətin Ulu öndər Heydər Əliyevə ünvanlandığını söyləyib. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin yaratdığı YAP müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrilib.
Daha sonra çıxış edən YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin üzvü Sarxan Əhmədov partiyanın şərəfli tarix yolundan söz açaraq Ümumilli Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi və məhz Ulu Öndərin liderliyi ilə YAP iqtidarının hakimiyyətə gəlməsi insanların gələcəyə olan ümidinin möhkəmlənməsinə səbəb olduğunu vurğuladı. Çıxış edən YAP fəalı Səməd Vəkilli bir gənc kimi bu partiyay üzv olmaqdan böyük qürur hissi keçirdiyini söylədi. Çıxış edən digər YAP-ın gənc fəallarından Rauf Cahangirov, Elşad Hüseynov, Əli Məmmədli və başqaları bu partiyanın qələbələr partiyası olduğunu vurğulayaraq gənc nəsilin YAP-ın Sədri, Prezident İlham Əliyevin apardığı siyasi kursu birmənalı şəkildə dəstəklədiklərini bildirdilər.
Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib.