FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbiri
FHN Dövlət Yanğın Nəzarəti Xidməti Masallı rayon Heydər Əliyev Mərkəzində maarifləndirmə tədbiri keçirib
Oktyabrın 8-də Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzində yanğına qarşı maarifləndirmə tədbiri keçirib.
Masallı şəhərində yerləşən ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilən tədbirdə müəssisənin əməkdaşları iştirak edib.
Tədbir iştirakçılarına yanğın təhlükəsizliyi qaydalarına dair və yanğın baş verən zaman təxliyə yolları barədə ətraflı məlumat verilib. Həmçinin, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, təxliyə üçün nəzərdə tutulan çıxışların və yolların yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməsi, yanğın zamanı zəruri hərəkətlər, binanın ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğına qarşı su təchizatı qurğularının saz vəziyyətdə saxlanılmasının vacibliyi qeyd olunub.
Tədbirdə, həmçinin, ilkin yanğınsöndürmə avadanlıq və vasitələrindən istifadə qaydaları izah olunub, suallar cavablandırılıb.