Masallı RİH yanında İctimai Şuranın növbəti yığıncağı
11 oktyabr 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti yığıncağı keçirildi.
Tədbiri İctimai Şuranın sədri, «Tərəqqi» medallı Əyyub Mehdiyev açdı.
Sonra dinləmələr oldu.
Aparılan müzakirələr, irəli sürülən təkliflər göstərdi ki, şura obyektivlik və qərəzsizlik prinsiplərini rəhbər tutaraq komanda şəkilində fəaliyyət göstərir.
Çıxış edən natiqlər Əyyub Mehdiyev, Cəmil Məmmədov və başqaları qeyd etdilər ki, Masallı Rayon İcra Hakimiyyəti yanında İctimai Şura ilə əməkdaşlığa və birgə işləməkdə maraqlıdır, şuranın effektiv fəaliyyəti üçün dəstək verir.
Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət qurumları ilə ictimaiyyət arasında səmərəli, qaşılıqlı fəaliyyətin təşkili, onların fəaliyyətində şəffaflığın təmin olunması, vətəndaşların qanuni maraqlarının nəzərə alınması diqqət mərkəzində olmalıdır.
Qeyd olundu ki, ictimai rəyin öyrənilməsi üçün ictimai müzakirə və dinləmələrə daha çox meydan verilməlidir.
İctimai şura üzvlərinin yekdil fikri belə oldu: şəffaflıq, qərəzsizlik, tərəfsizlik əsas iş prinsipimiz olmalıdır.
Tədbirin sonunda şura üzvlərinə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun imzası ilə təsdiq edilmiş vəsiqələr təqdim olundu.