Şriftin ölçüsü :

Saytın rəngi :

"Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti" mövzusunda seminar

11 oktyabr 2021 | 16:00

11 oktyabr 2021-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün” Fəaliyyət Planına uyğun olaraq Masallı şəhəri Sakit Tağıyev adına 4 nömrəli tam orta məktəbində pandemiya qaydalarını gözləməklə "Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti"  mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov və Süleyman Abıyev, Masallı şəhəri Sakit Tağıyev adına 4 nömrəli tam orta məktəbin direktor müavini Rahib Məmmədov, müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, ölkəmizdə din dövlətdən ayrıdır və dövlətin təhsil sistemi dünyəvi xarakter daşıyır. Müəyyən radikal dini düşüncəyə malik insanların təsirindən yeniyetmə və gəncləri qorumaq hər birimizin vəzifəsidir və dini radikalizmlə mübarizədə ən effektiv metod gənclərin təhsilinin artırılmasıdır. Eyni zamanda şagirdlər arasında bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsinin, gənclərin bu istiqamətdə məlumatlandırılmasının əhəmiyyəti qeyd edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər