Şriftin ölçüsü :

Saytın rəngi :

MİYANKÜDƏ YOLLAR ASFALTLANIR

12 oktyabr 2021 | 16:00

Qürbətdə yaşasalar da böyüyüb ərsəyə çatdıqları kəndi yaddan çıxarmırlar. Miyanküdə də belə vətənpərvər adamlar çoxdur. Onlar daim yaşadıqları kəndin qayğıları ilə maraqlanır, bu qayğıları aradan qaldırmağı özlərinə borc bilirlər.  Miyankü kənd vinzibati ərazi dairəsi üzrə nümayəndəsi İmran Tahirovun verdiyi xəbərdə bildirilir ki, Rusiya Federasiyasında yaşayan eloğlular kəndin mərkəzindən keçən 610 metrlik yolun asfaltlanması üçün təşəbbüs qaldırmışlar. Onların bu təşəbbüsünü rayondakı 47 nömrəli yol-istismar MMC-nin kollektivi reallaşdırıb. Yola xeyli qırma daş gətirilib sərilmişdir. Artıq yol ustaları küçəni asfaltlamağa başlamışlar.

 

Keçidlər