Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənpərvər Azərbaycan Gəncliyi” mövzusunda tədbir

12 oktyabr 2021 | 16:00

Oktyabrın 12-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Zəfər Tariximiz” layihəsi çərçivəsində “Vətənpərvər Azərbaycan Gəncliyi” mövzusunda tədbir keçirilib. Masallı şəhər 3 saylı tam orta məktəbdə keçirilən tədbirdə Mərkəzin direktoru Dilbər İbayeva, Mərkəzin Baş fond mühafizi Gülcahan Vəkilzadə, Məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Öncə Vətənimizin ərazi bütövlüyü uğrunda Şəhid olmuş Vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Mərkəzin direktoru D. İbayeva hər kəsi salamlayaraq bildirib ki, tədbirin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək Şəhidlik zirvəsinə ucalmış oğullarımızın, o cümlədən Milli Qəhrəmanlarımızın şagirdlər arasında tanıdılmasıdır. Dilbər İbayeva qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə verdiyi dəstək və diqqətdən ibrət alaraq bizim hər birimiz Şəhid ailələrinin yanında olmalıyıq.
Sonra Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə çıxış edərək bildirib ki, vətən uğrunda canlarından keçən şəhid oğullarımızın əziz xatirəsini yad etmək hər bir Azərbaycan vətəndaşının borcudur.
G. Vəkilzadə qeyd edib ki, 44 Günlük Vətən Müharibəsi sübüt etdi ki Azərbaycan ordusunun gücü və vətənpərvərlik ruhu çox yüksəkdir. “Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Belə övladları olan, cəsur, mərd qəhrəmanlar yetişdirən Vətən heç vaxt yenilməz. Biz doğma vətən torpaqlarını düşmən tapdaqlarından azad etmək üçün vuruşan və canından keçən milli qəhrəmanlarımızı gənclər arasında hər zaman təbliğ etməliyik.” deyə Gülcahan Vəkilzadə bildirib.

Sonda 44 günlük Vətən müharibəsi ilə bağlı hazırlanmış videoçarxa baxış keçirilib.

Keçidlər