Şriftin ölçüsü :

Saytın rəngi :

SIĞDAŞ ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ

11 noyabr 2015 | 16:00

Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 11.11.2015-ci il tarixdə Sığdaş ərazisində keçirilmişdir. Sığdaş ərazisi Sığdaş, Xanalion, Babaküçə və Ninalov yaşayış məntəqələrini əhatə edir. Ərazinin 3968 nəfər əhalisi və 1082 ha torpaq sahəsi vardır.
Həmçinin ərazidə 1 tam orta məktəb, 1 əsas məktəb, 1 həkim məntəqəsi, 1 kənd kitabxanası, 1 EATS və 1 poçt fəaliyyət göstərir.
Sığdaş ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Kənd ağsaqqallarından Höccət Əliyev, Dadaş Məmmədov, kənd ziyalılarından İsa İsayev, Şahin Məhərrəmov kənd sakinlərindən Maksud Şirəliyev, Həbibə Rəhmətova və başqaları  çıxış edərək Sığdaş-Babakücə yoluna çınqıl tökülərək hamarlanmasına, ərazidə yaşılaşdırma işlərinin aparılmasına, ərazidə su aparıcı kanalarının təmizlənməsinə və Sığdaş məktəbində aparılan təmiri işlərinə görə kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə və rayon İcra hakimiyyətinin başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonra sakinlər əraziyə yeni EATS binasının tikilməsinə, təbii qaz xəttinin çəkilməsinə, kəndin mərkəzi yolunun əsaslı təmir olunmasına, ərazidəki yararsız elektrik dirəklərinin və xəttlərinin dəyişdirilməsinə, Sığdaş kəndindəki trasformatorun və Sığdaş kəndinin mərkəzi yolunun təmir edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər