Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və idman naziri cənub bölgəsində

13 oktyabr 2021 | 16:00

Gənclər və idman naziri cənub bölgəsində fəaliyyət göstərən idman qurğuları ilə tanış olub


Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizin cənub bölgəsində səfərdə olub.

Səfər çərçivəsində F.Qayıbov Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvar Olimpiya İdman komplekslərində olub. Bu idman mərkəzlərində yaradılmış şəraitlə tanış olaraq, onların fəaliyyətləri ilə maraqlanıb, müxtəlif idman növləri üzrə məşq proseslərini izləyib.

Gənclər və idman naziri, həmçinin Masallıda yerləşən Regional Taekvondo Mərkəzində və Regional Boks Mərkəzində, eləcə də Masallı, Lənkəran və Biləsuvarda fəaliyyət göstərən Gənclər evlərində olub və bu mərkəzlərdə yaradılmış şəraitlə maraqlanıb.

Nazir qurğuların gənclərə və idmançılara xidmət səviyyəsinin genişləndirilməsinin önəmini qeyd edib və bununla bağlı müvafiq tövsiyələr verib.

Keçidlər