Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RİH Başçısı III doza üzrə peyvənd olundu

13 oktyabr 2021 | 16:00

Ölkəmizin bütün regionlarında olduğu kimi, Masallı rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.

Artıq Masallı əhalisi I və II doza üzrə peyvəndləşmə prosesində aktivlik nümayiş etdirmiş, hazırda III doza üzrə peyvəndləşməyə başlamışdır.

Masallı rayon İcra hakimiyyətinin başçısı III doza üzrə peyvəndləşmədə iştirak etmişdir. Rayon rəhbəri pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edərək, bu ümumrayon kampaniyasında hər bir vətəndaşı məsuliyyətli olmağa çağırmışdır.

Daha sonra Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov III doza üzrə COVİD-19 əleyhinə peyvənd olunmuşdur.

Keçidlər