Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədovun doğum günü

14 oktyabr 2021 | 16:00

14 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Sərçuvar kənd S.Məmmədov adına tam orta məktəbində Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədovun doğum günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbir məktəbin gənc müəllimləri İlahə Əlili və Həsən Oruczadənin təşkilatçılığı ilə hazırlanmışdır.
Milli Qəhrəmanin abidəsi önündə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.
Tədbirdə qəhrəman polisin həyatı və keçdiyi döyüş yolu barədə şagirdlərə ətraflı məlumat verilib və daha sonra şagirdlər əbədi-bədii şeir kompazisiya ilə çıxış etiblər.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin əməkdaşı, Sərçuvar kənd ərazi nümayəndəliyinin rəhbərliyi və digər əməkdaşları, qəhrəmanın ailə üzvləri iştirak etdilər.
Tədbirdən sonra məktəbin Milli Qəhrəmanin ev muzeyi və məzarı ziyarət olundu.
Qeyd edək ki, Səfəralı 16 oktyabr 1963-cü ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur.
1981-ci ildə burada məktəbi bitirir və hərbi xidmətə çağırılır.
1983-cü ildə ordudan tərxis edilir.
RF Krasnodar şəhərinə gələrək milis sisteminə daxil olur.
1990-cı ildə Bakı Xüsusi Orta Milis Məktəbinə göndərilir. Buranı leytenant rütbəsi ilə bitirən Səfəralı Qarabağa getmək istədiyini bildirir, ona Bakıda hava limanında iş təklif edilsə də, o, inadından dönmür.
Səfəralı Məmmədov Ağdam rayonunda polis komandiri kimi döyüşlərə atılır. Sarışın olması, rus dilini səlis bilməsi ona ermənilər arasına təkbaşına getməsinə imkan verirdi. Səfəralı Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində onlarla ermənini girov götürmüşdü. 1992-ci ilin 16-sı fevral Səfəralının son döyüşü oldu. Faşist, azğınlaşmış erməni dəstələri  Xocavənd rayonun Qaradağlı kəndinə hücum edib insanları vəhşicə qətlə yetirib meyitləri silos quyularına atmışdılar. Səfəralının başçılıq etdiyi dəstə erməni yaraqlılarını məhv edərək irəliləyirdi, onun idarə etdiyi maşın qumbaratanla vuruldu qəlpələrdən bir neçəsi kəmərindəki əl qumbarasına dəydiyindən o, faciəli surətdə həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə Səfəralı Qurban oğlu Məmmədova ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Sərçuvar kəndində dəfn edilib.

Masallı şəhərindəki küçələrdən biri və təhsil aldığı orta məktəb qəhrəmanımızın adını daşıyır.

İllər bundan öncəö Milli Qəhrəman Səfəralı Məmmədova həsr edilmiş “Qəhrəman polis” adlı sənədli filmi Masallı rayon Mədəniyyət mərkəzində təqdimatı olmuşdur...

Keçidlər