Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Təhsil Fondunun yığıncağı

14 oktyabr 2021 | 16:00

14 oktyabr 2021-ci il tarixdə Masallı Təhsil Fondunun növbəti yığıncağı oldu.
Azərbaycan Respublikası Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü ilə yaradılan Masallı Təhsil Fondu 70-saylı seçki dairəsinə daxil olan rayonun ümumtəhsil məktəblərində təhsil almış qızların Pedaqoji Universitetlərdə təhsili ilə bağlı məsələ müzakirə olunmuşdur.Fondun direktoru H.Hüseynov aztəminatlı ailələrin qız övladlarının ali məktəblərə ödəniş və təqaüdləri ilə bağlı bildirdi ki,keçən tədris ilində 40 nəfər,yeni tədris ilində 45 nəfər tələbələrə ödəniş və təqaüdlər verilmişdir.Həmçinin Dövlət Universitetlərində  təhsil alan imkansız ailələrin 10 nəfər qız övladlarına da,ödəniş və təqaüd verilməsinə köməklik edilmişdir.
"Masallı Təhsil Fondu"nun üzvləri,Əntiqə Tağıyeva,Fidan Abbaslı,Aynur Abbasova,Hekayət Nəzərov,Rəmzi Şahverdiyev və Əkbər Mahmudov tələbələrin daha yaxşı oxumaqları üçün təkliflərini bildirdilər.
Hər bir tələbənin smestr imtahanlarında nəticələrinin 61-baldan aşağı olmaması müəyyən edildi.Sonda növbəti ildə görüləcək işlər barədə qərar qəbul edildi.

Keçidlər