Şəhid əsgər Gülşad Elşad oğlu Xəlilovun anım mərasimi
16 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Kürdəbaz kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Gülşad Elşad oğlu Xəlilovun anım mərasimi keçirilmişdir.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər və başqaları iştirak etmişlər.
Masallı rayonunun icra başçısı cənab Ş.Məmmədov geniş nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri olan Gülşadın qəhrəmanlıq yolundan söhbət açaraq qeyd edib ki, o, təkcə Elşadın yox, indi bütöv Azərbaycanın, bütün dünya azərbaycanlılarının, hamının övladıdır. Gülşadlar bizə əyilən vüqarımızı, qürurumuzu qaytardılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin…
Gülşad Elşad oğlu Xəlilov 27 mart 2001-ci il il tarixdə Masallı rayonunun Kürdəbaz kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində, Ağdam rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmət etməyə başlamışdır.
Azərbaycan Ordusunun əsgəri Sənan Səlimov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür.
Gülşad Xəlilov oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olmuşdur.
16 oktyabr 2020-ci ildə şəhid Gülşad Xəlilovun nəşi kənd məzarlığında böyük izdihamla dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 və 25 dekabr 2020-ci iul tarixli sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və «Ağdamın azad olunmasına görə» medalları ilə təltif edilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, şəhid Gülşad Xəlilovun ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallının rayonunun icra başçısına dərin minnətdarlığını bildirib.