Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycançılıq və milli şüur ideyası" rəsm sərgisi iştirakçılarının mükafatlandırılması

27 noyabr 2015 | 16:00

27 noyabr 2015-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Bakı şəhərində keçirilmiş "Azərbaycançılıq və milli şüur ideyası" rəsm sərgisində iştirak edən şagirdlərə müvəffəqiyyət diplomlarının təqdim olunması mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Mərkəzin fəaliyyəti haqqında ümumi məlumat verdi.
Sonra Mərkəzin Böyük elmi işçisi Etibar Cabbarov, Rəssamlıq kursunun müəllimi Ehtiram Məmmədov və başqaları çıxış edərək rəssamlıq kursunun qazandığı nailliyyətlərdən söhbət açaraq sərgidə uğur qazanmış şagirdləri təbrik etdilər, yaradılmış şəraitə görə rayon rəhbərliyinə və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdirdilər.
Tədbirin sonunda sərgidə nəaliyyət əldə etmiş şagirdlərə diplomlar təqdim edildi.

Keçidlər