Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev və Müstəqil Azərbaycan

18 oktyabr 2021 | 16:00

Oktyabrın 18-də Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nün otuzuncu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda tədbir keçirilib.
Tədbirdə Mərkəzin əməkdaşları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri iştirak edib.
Tədbir himn ilə açıq elan olunub və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bu il 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün otuzuncu ildönümünün ölkəmizdə torpaqlarımızın işğaldan azad edildiyi bir şəraitdə qeyd olunduğunu bildirib. O, Ümummilli Lider Heydər Əliyevin müəllifliyi ilə qurulan müstəqil Azərbaycan Respublikasının bu gün Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində hərtərəfli inkişaf etdiyi modern dövlətə çevrilərək, parlaq tərəqqi və qüdrətli dövlətçilik dövrünü yaşamasından danışıb.
Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova dövlətimizin müstəqilliyini qoruyub saxlamaq üçün xarici təzyiqlərlə üzləşdiyini, dövlət çevrilişinə cəhdlər olduğunu, amma bütün bunların qarşısının alındığını və xalqımızın müstəqilliyini və dövlətçiliyini qorumaq əzmini nümayiş etdirdiyini bildirib. D. Hüseynova müstəqilliyin möhkəmlənməsində və milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusilə vurğulayaraq, böyük şəxsiyyətin rəhbərliyi altında Azərbaycanın tarixi nailiyyətlərə imza atdığını qeyd edib.
Tədbir Mərkəzin əməkdaşı Şəfa Xəlilova və Kollecin 3-cü kurs tələbəsi Məryəm Əsgərlinin çıxışları ilə davam etdirilib.
Tədbirin sonunda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən videolardan ibarət təqdimat nümayiş etdirilib.

Keçidlər