Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Müstəqilliyin bərpası günü münasibəti ilə onlayn konfrans

18 oktyabr 2021 | 16:00

18 oktyabr 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 18 oktyabr-Dövlət Müstəqilliyinin bərpası Gününə həsr edilmiş onlayn konfrans keçirilmişdir.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov, Masallı “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov çıxış edərək konfrans iştrakçılarını salamlamış və bildirmişdirlər ki, 1991-ci il oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında Azərbaycanın müstəqilliyi və dövlət quruculuğu haqqında maddələr öz əksini tapmışdır. Ümummilli lider Heydər Əliyev Konstitusiya Aktının prinsiplərinin real həyata vəsiqə qazanması üçün ardıcıl və qətiyyətli iş aparmışdır. Ulu öndərin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşmış, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edilmişdir.Tədbirin sonunda bir daha konfrans iştrakçılarını Müstəqilliyimizin bərpası günü münasibəti ilə təbrik etmiş və Müstəqilliyimizin əbədi olmasını arzulamışlar.

Keçidlər