Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA SİTRUS ƏKİNLƏRİ GENİŞLƏNİR

19 oktyabr 2021 | 16:00

Masallı üçün ənənəvi təsərrüfat sahəsi olan sitrusçuluğun inkişafına diqqət artır. Fermerlər bu il 41 hektar sahədə yeni sitrus bağları salmağı reallaşdırıblar. Hazırda ərazilərdə sitrus əkininə başlanıb.
DAİM-dən aldığımız məlumata görə Tüklə, Məmmədoba, Mahmudavar, Babaser, Masallı və başqa ərazilərdə əkin sürətlə davam edir. İndiyə kimi 4,6 hektar sahədə əkin başa çatıb. Hazırlanmış 7,5 hektar torpağa da Astara rayonundan gətirilmiş yerli və Yapon növlü mandarin tingi köçürülür. Daha 29 hektar sahə də əkinə hazırlanır. Payızın sonuna kimi rayonda 38 hektar mandarin 3,5 hektar sahədə limon bağı salınacaq.

Keçidlər