Masallıda inşa-yazı müsabiqəsi
“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Müstəqilliyin Bərpası Günü” nə həsr olunan X,XI sinif şagirdləri arasında keçirilən inşa-yazı müsabiqəsinə yekun vuruldu.
Müsabiqənin yekun nəticəsinə əsasən şəhər 5 saylı tam orta məktəbinin X sinif şagirdi Məmmədli Nuray Elnur qızı I yer, Bədəlan kənd tam orta məktəbinin XI sinif şagirdi Cəfərzadə Aləm Fikrət qızı II yerə, şəhər 5 saylı tam orta məktəbinin XI sinif şagirdi Bəşirova Zəhra Rövşən qızı III yerə layiq görüldülər və Fərqləndiyinə görə isə Hişkədərə kənd tam orta məktəbinin şagirdi Əliyeva Nisəxanım Altay qızı diplomla təltif edildi.
Müsabiqədə qalib gəlmiş iştirakçılar Masallı Gənclər Evi tərəfindən diplomlarla mükafatladırılmışdır.