Şriftin ölçüsü :

Saytın rəngi :

Mahmudavar ərazisində əkinçilik

20 oktyabr 2021 | 16:00

Mahmudavar kəndinin yaşıl çay plantasiyasında təmir işlərinə başlanıb. Kənd bələdiyyəsinin sədri Əfqan Babayevdən aldığımız məlumata görə cari ilin anomal istiləri çay sahələrinə ciddi ziyan vurmuşdur. Bu səbəbdən yanan çay kolları yenisi ilə əvəz olunur. Bu məqsədlə gətirilmiş 10 min çay şitili sahələrə köçürülür.

Ərazidə ötən il 2 hektar sahədə apelsin əkilmişdir. Sitrusçular bu günlərdə daha 0,7 hektar sahəyə apelsin tingi əkmişlər.

“Baba bulağı” təbiət evinin kollektivi 12 hektar feyxoa bağına qulluq göstərir. Sitrus bağlarında bu il məhsul bol gəlib. Bir neçə gündür ki, bağlardan feyxoa yığılır. Qısa müddətdə Rusiya Federasiyası və yerli bazarlara 2 tona yaxın feyxoa məhsulu göndərilmişdir.

 

Keçidlər