Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Beynəlxalq Əlillər Günü” qeyd edildi

03 dekabr 2015 | 16:00

03 dekabrı 2015-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdən öncə Masallı rayon İcra hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları və şəhər sakinləri birinci qrup əlillər - 19 yaşlı İlkin Bünyadova və 25 yaşlı Gülər Nurullayevaya baş çəkiblər.
Sonra tədbir iştirakçıları Masallı şəhər Heydər Əliyev Mərkəzinə gələrək Bayram süfrəsi ətrafında Əlillər gününə həsr edilmiş tədbiri davam etdiriblər. Əlil Qadınlar Cəmiyyəti Masallı rayon şöbəsinin sədri Əminə Abıyeva, rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Arzuman Hüseynov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Cəmiyyətinin sədri Nahid Rəhimov və başqaları əlillərə göstərilən dövlət qayğısından danışıblar.
Çıxış edənlər hər il bu kateqoriyadan olan vətəndaşların pensiya və müavinətlərinin artırılması, onların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ölkəmizdə ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb, bu sahədə görülən işlərdən bəhs edərək rayonda yaşayan 5731 əlilin sosial problemlərinin həllinə diqqət artırıldığını qeyd ediblər. Masallıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 76 mənzilli üç yaşayış binası tikilərək istifadəyə verilib, 5 nəfər üçün fərdi evlər inşa olunub. Hazırda 6 yaşayış məntəqəsində əlillər üçün inşa edilən fərdi yaşayış evlərinin tikintisi davam etdirilir.
Əlillər onlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına minnətdarlıqlarını bildiriblər.
Tədbir rayonun bədii özfəaliyyət kollektivlərinin çıxışı ilə davam etdirilib.

Keçidlər