Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda müəllimlərin diaqnostik qiymətləndirilməsi

06 dekabr 2015 | 16:00

04-06 dekabr 2015-ci il tarixlərdə Masallı Olimpiya Kompleksində Masallı və Cəlilabad rayonlarının ümumtəhsil məktəblərində dərs deyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar imtahanlar keçirilmişdir.

Diaqnostik qiymətləndirmədə Masallı rayonu üzrə ümumi təhsil müəssisələrində çalışan 2 min 500-dək, Cəlilabad rayonu üzrə isə təxminən 2 min 600 müəllimin iştirak etmişdir.

Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib ki, diaqnostik qiymətləndirmə imtahanları elektron proqram təminatı vasitəsilə həyata keçirilir və 6 bal toplaya bilməyən müəllimlər imtahandan kəsilmiş sayılırlar.

İmtahanların gedişini Təhsil Nazirliyinin əməkdaşları və xüsusi hazırlanmış müşahidəçilər izləyirdilər.

Keçidlər